Tanınmış aktyordan ismarış: “Anası ilə məşğul ola bilərəm”

  • By admin
  • 09 Noyabr 2019 14:14

Tanınmış aktyor Ziya Ağanın onu qınayanlarla bağlı sosial şəbəkədə yazdığı status müzakirələrə səbəb olub. 

Gununsesi.org xəbər verir ki, aktyor paylaşımında qeyri-etik ifadələr işlətməklə həmin şəxslərə ismarış ünvanlayıb:

“Bu yaxınlarda eşitmişəm ki, mən Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında Azər Paşa Nemətovun rəhbərliyi altında işlədiyim üçün məni qınayanlar var. Heyif ki, dəqiq bilmirəm kimdir, amma yəqin ki, anasını tanıyıram. Uzun sözün qısası, kimin nə problemi var, getsin problemini yaşasın. Mən səhnə ilə, peşə ilə məşğulam. Fərq etməz rəhbər kimdir, kimin rəhbəridir. Əlavə olaraq kim istəsə, anası ilə məşğul ola bilərəm”. /Qafqazinfo.