Tanınmış azərbaycanlı aktyor-bloggerin evliliyi dörd ay çəkdi

  • By admin
  • 13 Noyabr 2019 17:09

Sosial mediada məşhurlaşan azərbaycanlı aktyor Əlixan Rəcəbov həyat yoldaşı İlona Tamiyevadan boşanıb.

Gununsesi.org “axşam.az”a istinadən xəbər verir ki, cütlük bir müddət öncə yollarını ayırıb.

Həm model, həm də yazarlıq fəaliyəti ilə məşğul olan İlona “İnstagram” hesabında Əlixanla birlikdə çəkilən fotolarını silib. O, hətta işarələndiyi şəkilləri də səhifəsindən gizlədib.

Qeyd edək ki, cütlük sadə bir toyla iyulda ailə həyatı qurmuşdu. Onlar toydan öncə uzun müddət sevgili olublar.

 

Gununsesi.org