Tanınmış baş məşqçi: Mənim bir arvadım var, ikincini də nəzərimdə tutmuşam, üçüncünü…

  • By admin
  • 19 Noyabr 2019 11:33

UFC çempionu Həbib Nurməhəmmədovun məşqçi atası Abdulmanap Nurməhəmmədov ikinci dəfə evlənməyə hazırlaşır.

Gununsesi.org “Qafqazinfo”-ya istinadən xəbər verir ki, ilk həyat yoldaşı ilə də rəsmi nikahı olan Nurməhəmmədov üçüncü dəfə evlənmək barədə də fikirləşə biləcəyini deyib. O, fikirlərini belə əsaslandırıb:

“Mənim bir arvadım var, ikincini də nəzərimdə tutmuşam. Üçüncünü hələ bilmirəm. Allah kişilərə buyurub ki, 4 arvadlılıq mümkündür. Qadınlara hər zaman hörmətlə yanaşmaq lazımdır”.

Qeyd edək ki, Rusiya qanunvericiliyinə əsasən yalnız bir nəfərlə rəsmi nikah bağlamaq olar.

 

Gununsesi.org