Tanınmış futbolçu bu fotoya görə gey adlandırdılar - FOTO

  • By admin
  • 15 Fevral 2018 13:56
İngiltərə yığması komandasının və “Mançester Yunayted” klubunun sabiq futbolçusu Qari Nevill izləyicilərini təəccübləndirib. 
Gununsesi.info unikal.org-a istinadən xəbər verir ki, o sosial şəbəkədəki izləyicilərini sevgililər günü ilə bağlı təbrik edib.
Nevillin təbriklə bağlı paylaşdığı şəkil böyük müzakirəyə səbəb olub. O, “Mançester Yunayted”dəki sabiq komanda yoldaşı Pol Skoulzla matç zamanı öpüşdüyü anda çəkilmiş fotosunu paylaşıb.
Bu şəkil izləyiciləri həm təəccübləndirib həm də onlarda müxtəlif fikirlərin yaranmasına səbəb olub. Belə ki, futbolçunun cinsi oriyentasiyası ilə bağlı ironiyalı fikirlər yazıblar, onun gey olduğunu vurğulayıblar.
Gununsesi.info