Tanınmış general vəfat etdi – 4 gün öncə xanımı ölmüşdü

  • By admin
  • 21 Noyabr 2019 11:44

Türkiyə Silahlı Qüvvələrinin 25-ci Baş Qərargah rəisi, istefada olan ordu generalı Yaşar Büyükanıt vəfat edib.

Gununsesi.org-un “Qafqazinfo”-ya istinadən verdiyi xəbərə görə, uzun müddətdir ürək yetməzliyindən əziyyət çəkən keçmiş rəis bu gün İstanbulda 79 yaşında dünyasını dəyişib.

Qeyd edək ki, mərhumun xanımı Filiz Büyükanıt isə 4 gün öncə vəfat etmişdi. O, səhhəti ilə əlaqədar həyat yoldaşının cənazə mərasiminə qatıla bilməmişdi.

Xatırladaq ki, Yaşar Büyükanıt 2006-2008-ci illərdə Baş Qərargah rəisi olub.

 

 

 

 

 

Gununsesi.org