Tanınmış iş adamı Naza görə arvadından boşandı…

  • By admin
  • 19 İyun 2019 19:30

Türkiyənin tanınmış iş adamı Erol Özmandıracı müəllim həyat yoldaşı Ceylin Altunç Özmandıracıdan boşanıb.

Gununsesi.org “Hürriyet”ə istinadən xəbər verir ki, tərəflər qarşılıqlı razılaşma əsasında, bir-birindən heç bir təzminat, mal-mülk tələb etmədən ayrılıblar. Erol Özmandıracı bununla belə xanımına 3 daşınmaz əmlak bağışlayıb.

Qeyd edək ki, iş adamı aktrisa Naz Elmasla eşq yaşayır. Cütlüyün hətta ailə qurmağa hazırlaşdığı deyilir. Bu boşanmanın da məhz Naza görə olduğu iddia edilir.

Gununsesi.org