Tanınmış iş adamları həbs olundu

  • By admin
  • 12 Avqust 2016 12:51

hebs

Türkiyədə “fətullahcı”lara qarşı əməliyyat davam etdirilir.

Gununsesi.info Türkiyə mətbuatına istinadən xəbər verir ki, İzmir Maliyyə Cinayətləri üzrə Mübarizə Şöbəsinin əməkdaşları Qırğızıstana qaçmağa çalışan 3 iş adamını – Əzəl Seçilmiş, Rəsul Seçilmiş və Mustafa Özkaranı həbs ediblər.

Qeyd edək ki, hazırda Mustafa Özkara Fətullah Gülənin ən önəmli adamlarından biri sayılır. Bundan başqa FETÖ-yə maddi cəhətdən yardım etməkdə ittham olunan – Əzəl Seçilmiş və Rəsul Seçilmişin sahib olduqları 5 yanacaqdoldurma stansiyası da dövlət tərəfindən müsadirə olunub.

Anar

Gununsesi.info