Tanınmış rus aktyoru qızına işgəncə verdi – DƏHŞƏTLİ VİDEO

  • By admin
  • 18 Noyabr 2019 17:14
Rusiyalı aktyor Aleksey Panin qızına işgəncə verib.
Gununsesi.org Yeniavaz.com-a istinadən xəbər verir ki, hadisəylə bağlı video sosial şəbəkələrdə paylaşılıb. Məlumata görə, video 42 yaşlı A.Paninin evində çəkilib. Belə ki, o, evi dağıtdığı üçün qızını mətbəxə apararaq əllərini istilik sistemi borusuna bağlayıb və “Nənən gəlib əllərini açacaq”, sözlərini deyib.

Qeyd edək ki, aktyorun qızına verdiyi işgəncə sosial şəbəkələrdə birmənalı qarşılanmayıb. İzləyicilər onun atalıq hüququndan məhrum edilməli olduğunu bildiriblər.

Gununsesi.org