Tanınmış xəbər aparıcısı Elvin Basqallının kanalına haker hücumu oldu

Tanınmış xəbər aparıcısı Elvin Basqallının kanalına haker hücumu oldu

Bu barədə Gununsesi.org-a Basqallı özü məlumat verib. Onun sözlərinə görə, baxış sayı bir saata on mindən, bir günə yüz mindən, bir aya 3 milyondan artıq olan kanalı bir neçə gün öncə siliblər:

“Kanalımın 61 min abunəçisi var idi. Aylıq 5-8 min arası yeni abunəçim olurdu, yüzdən artıq ölkədən izlənirdim. Bu ölkədə bəlkə də bəzi məşhur sənətçilərin “Youtube” kanalının bu qədər izləyicisi yox idi. Hətta o kanalı məndən 7 min manata almaq istəmişdilər. Satsaydım, heç olmasa bir problemimi həll edərdim”.

Qeyd edək ki, E.Basqallı yenidən “Elvin Basqalli Brend TV” adlı “Youtube” kanalı yaradıb. 

Gununsesi.org

COMMENTS