“Tarix İnstitutu erməni yalanlarına cavab verməlidir” - FİRUDİN CƏLİLOV

  • By admin
  • 22 Oktyabr 2019 12:22

Xəbər vertdiyimiz kimi, bu günlərdə Hollandiyada ermənilərin və ermənipərəst qüvvələrin dəstəyi ilə böyük Azərbaycan alimi Ziya Bünyadov, habelə Azərbaycan tarixi ilə bağlı yalan, böhtan dolu kitablar dərc edilib. Hansı ki, həmin kitablarda Ziya Bünyadov “Azərbaycanın yalançı tarixinin əcdadı” adlandırılıb, onun barəsində heç bir məntiq və həqiqətə uyğun olmayan çoxsaylı yalanlar səsləndirilib. Kitabda ermənilərin guya azərbaycanlılar tərəfindən kütləvi zorakılığa, qətliama məruz qalması ilə bağlı da cəfəng fikirlər yer alıb.

Bəs Azərbaycan Avropada mərhum Azərbaycan aliminə qarşı aparılan erməni təbliğatını önləmək üçün hansısa addımlar atmalıdırmı? Azərbaycan tarixinin böyük tədqiqatçısı olan Ziya Bünyadovun müdafiə edilməsi əslində tariximizin, qürur və şərəfimizin müdafiəsi hesab oluna bilərmi?

Gununsesi.org xəbər verir ki, Moderator.az-a açıqlama verən sabiq təhsl naziri, professor Firudin Cəlilov Ziya Bünyadovun müdafiəsi istiqamətində addımlar atmağın vacibliiynə diqqət çəkdi:

“Ziya Bünyadov akademik idi. O, qədim tariximizi yaxşı bilirdi. Çünki o, ərəb qaynaqları ilə işləyirdi. Buna görə də Ziya Bünyadovu kimsə tənqid etmək istəyirsə, gərək ilk növbədə onun bu qaynaqlardan xəbəri olsun.

AMEA-nın Tarix İnstitutu mövcuddur. Ermənilərin Ziya Bünyadovla bağlı, tariximizlə bağlı yazdıqlarına ilk növbədə bu institut cavab verməlidir. Doğrusu mən ermənilərin Ziya Bünyadovla bağlı yazdığı bu kitablar haqqında məumatlı deyiləm. Amma Tarix İnstitutu birbaşa bu işlə məşğul olmalı, erməni yalanlarını ifşa etməlidir. Biz şübhəsiz ki, Ziya Bünyadovu müdafiə etməli, erməni yalanlarının beynəlxalq miqyasda ifşasına çalışmalıyıq”.

 

Gununsesi.org