Tarixçi alimdən Rəhimzadəyə etiraz – - “O, müstəqilliyin əleyhinədir”

  • By admin
  • 05 İyun 2018 16:57

Tarixçi alimdən Rəhimzadəyə etiraz

Milli Məclisin deputatı Arif Rəhimzadənin “Sovet hökuməti Azərbaycan dövlətini qurdu”sözləri qalmaqala  səbəb olub. Gununsesi.info “Qafqazifo” -ya istinadən bildirir ki, o, bu fikirlərini parlamentin bu gün keçirilən  komitə iclasında səsləndirib.

Tarixçi alim Boran Əziz deputatın fikirləri ilə bağlı “Qafqazinfo”ya açıqlama verib.

 O qeyd edib ki, Sovet hökuməti Azərbaycan Xalq Cümhuriyətini  süquta yetirib və müstəmləkəçi bir sistem yaradıb: “ Bu hökumət Azərbaycanın mədəniyyətinə, mənəviyyatına  ağır zərbə vurub. Azərbaycanın adını, əlifbasın dəyişdirib.

Azərbaycanın  Cümhuriyyətdən qabaq 114 min kv.km mübahisəli,  97 min kv. km isə mübahisəsiz torpaqlarını öz ata-baba  torpaqlarıymış kimi qonşu Ermənistana, Gürcüstana və özünə götürüb.  Belə olan halda hansı dövləti Sovet hökuməti qurub? Ümumiyyətlə, Arif Rəhimzadə Azərbaycanın müstəqilliyinin əleyhinə olan bir şəxsdir.  Və o dövrdə  müstəqilliyin əleyhinə səs verən adamlardan biridir. Ən təəccüblüsü və dəhşətlisi budur ki,  bugünkü müstəqil Azərbaycanın parlamentində oturan adamlardan biridir. Baxın, bu, nonsensdir”.