Taxıl sahəsi yandı - VİDEO

  • By admin
  • 16 İyun 2019 15:33

Kürdəmir rayonunda yanğın hadisəsi baş verib.

Gununsesi.org Yuxarı-Şirvan bürosu xəbər verir ki, rayonun Xəlsə kənd bələdiyyəsinə məxsus 10 hektar biçilmiş taxıl sahəsi yanaraq külə dönüb.

Hadisə yerinə FHN-in Kürdəmir Yanğından Mühafizə İdarəsinin texnika və canlı qüvvəsi cəlb olunub. Yanğının digər sahələrə, eləcə də pambıq sahəsinə keçməsinin qarşısı alınıb.

Faktla bağlı araşdırma aparılır.