Tbilisidə etirazçılar parlamentin binası qarşısında çadırlar qurublar – FOTO (VİDEO)

  • By admin
  • 26 Noyabr 2019 08:42

Tbilisidə müxalifətin kütləvi etiraz aksiyası davam edir.

Gununsesi.org AZƏRTAC -a istinadən xəbər verir ki, aksiya iştirakçıları Gürcüstan parlamentinin binasını əhatəyə alıblar. Aksiya iştirakçılarının bir qismi gecəni parlamentin binası qarşısında keçirəcək. Binanın bütün girişləri yaxınlığında çadırlar qurulub.

Mitinqə Gürcüstanın sabiq prezidenti Giorgi Marqvelaşvili də qatılıb. Sabiq dövlət başçısı deyib ki, hakim Gürcü Arzusu Partiyası xalqı aldadıb və ölkə ictimaiyyəti bu təhqiri unutmayacaq.

Polis parlament binasının bütün girişlərini nəzarətə götürüb. Etirazçıların sabah səhər saatlarında parlament binasını blokadaya alacağı gözlənilir.

 Nümayişçilər parlament binası ətrafına gətirdikləri yumşaq oturacaqlarda əyləşiblər. Onlar deputatların parlamentin sabahkı plenar iclasında iştirak etmələrinə imkan verməyəcəklərini bildiriblər.

 

 

 

Gununsesi.org