Tehran ABŞ Dövlət Departamentinin təhdidinə cavab verib

  • By admin
  • 23 Yanvar 2020 21:58

Tehran ABŞ rəsmisi Brayan Hukun İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) “Qüds” briqadasının yeni komandiri general İsmayıl Qaanini sui-qəsd ilə  hədələməsinə münasibət bildirib.

Gununsesi.org-un APA-ya istinadən məlumatına görə, İran XİN-in sözçüsü Abbas Musəvi B.Hukun açıqlamasını ABŞ-ın məqsədli terrorizmin göstəricisi olduğunu bildirib.

“General Qaaniyə qarşı ABŞ Dövlət Departamenti rəsmisinin açıqlaması bu ölkənin dövlət terroru və məqsədli terrorizm siyasətini rəsmi şəkildə aşkarlayır”, – Musəvi deyib.

Gununsesi.org