Teleaparıcı  Elgiz Əkbər gənclərə təlim keçdiFOTOLAR

Teleaparıcı  Elgiz Əkbər gənclərə təlim keçdi

 

 Gununsesi.org xəbər verir ki, “Sosial etika” layihəsinin növbəti təlimi baş tutub. Bu dəfə tədrisə teleaparıcı və prodüser Sayqa Cahid qatılıb. Xanım aparıcı çıxışında ən çox sənətçilərin xəbər saytlarındakı piarları məsələsinə  diqqət çəkib.  Bildirib ki, əksər şou yönlü saytlarda məhz oxucu sayını artırmaq üçün yanlış informasiyalar paylaşılır. Nəticədə xoşagəlməz hallar ortaya çıxır, xüsusən də oxucuların tənqidinə tuş gəlirlər.  Təlimçi belə hallarda tənqid və təhqir arasındakı fərqi  də izah edib. Sayqa Cahid günümüzün ən aktual problemi olan  sosial şəbəkələrdən istifadə qaydalarına da toxunub. Tövsiyə edib ki, maraq dairələrini sosial şəbəkələrdə mənasız paylaşımlara, boş söz – söhbətlərə deyil, bilik və bacarıqlarını artıracaq işlərə yönəltsinlər. Təlimə qonaq qismində dəvət edilən Elgiz Əkbər də sözügedən mövzu ətrafında fikirlərini bölüşüb. Sosial medianın hazırkı vəziyyətini dünya təcrübəsi ilə müqayisə edib.

“Sosial etika” layihəsi Gənclər Fondunun maliyyə dəstəyi ilə həyata keçirilir. Məqsəd gələcəyimiz olan gənclərə  mediadan səmərəli istifadə üsullarını və etik qaydaları təbliğ etməkdir.   Sonda təlim iştirakçıları ilə xatirə fotosu çəkilib.

 

COMMENTS