Texnologiyada yenilik - BƏDƏN TEMPERATURUNU ÖLÇƏN GÜZGÜ İCAD EDİLİB

  • By admin
  • 05 Dekabr 2017 23:00

Gununsesi.info xəbər verir ki, Yaponiya texnologiya istehsalçısı NEC Avio firması, bədən qızdırmasını ölçən güzgünü tanıtdı.

Qədimdən bəri isrifadə olunan qızdırma ölçən termometrlər təmas və daha çox vaxt tələb edirdi.

Həmçinin, civəli termometrlər özləri ilə təhlükə daşıyırdı. Termometrin qırıldığı halda civə insan sağlamlığına zərər vura bilər. Həmçinin digər termometrlər də tam dəqiqliklə qızdırma temperaturunu göstərməyə xidmət etmirdi.

Bu səbəbdən yaponiyalı mütəxəssislər yeni bir güzgü icad etdilər.

Güzgüyə, baxan adamın qızdırmasının anında ölçür, dərəcəsini, elektronik bir ekran olan səthinə əks etdirir.
Qızdırmanın ölçülə bilməsi üçün, hər hansı bir təmas qurulması lazım deyil, aynaya baxmaq kifayətdir.
Biri 1180, digəri isə 1440 dollar olan iki ayrı modeldə satışa təqdim edilən “Thermo Mirror” güzgüyə baxan insanın qızdırması normaldan yüksəkdirsə, həyəcanla xəbər verir.

Gununsesi.info