“The New York Times”: İmamoğlu - ƏRDOĞANIN ÖZÜ TƏRƏFİNDƏN YARADILMIŞ MÜKƏMMƏL RƏQİB

  • By admin
  • 12 May 2019 12:42

 

İstanbulun son bələdiyyə seçkilərində prezident Rəcəb Tayyib Ərdoğanın partiyasını məğlub edən 48 yaşlı siyasətçi Əkrəm İmamoğlu yumşaq təbirilə tanınır.

Bazar ertəsi, gecə isə İmamoğlu qəzəblənib. Böyük bir kütlə Bəylikdüzü mahalında onu eşitmək üçün toplanıb. İmamoğlu köynəyinin qollarını çırmalayıb, danışarkən, əlini havaya qaldırıb. “Cümhuriyyəti, bu ölkəni, bu şəhəri ayaqları altına sərmək istəyənlər var! – deyə o qışqırıb. – Amma biz, 82 milyon insan, bir ovuc adama bu dəyərləri söndürmək imkanı verməyəcəyik!”

Həmin gün Türkiyənin Yüksək Seçki Qurumu (Ali Seçki Şurası – tərc.) İmamoğlunun qələbə qazandığı seçkinin nəticələrini ləğv edib. 31 Mart seçkilərindən sonra İstanbulda 25 ildə ilk dəfə hakimiyyətini itirən Ərdoğanın Ədalət və İnkişaf Partiyası (AKP) İmamoğlu və öz namizədi arasında dar fərqi azaltmağa ümid edirdi.

Bu, işə yaramadıqda, partiya gizli təşkilatların seçkiləri sabotaj etdiyini iddia edərək, təkrar seçkinin keçirilməsini istədi. Bir aydır ki, partiyanın media mərkəzi Türkiyənin düşmənlərinin İstanbulu fəth etməyi planlaşdırdığı iddiasındadır. Hər kəsin düşüncəsindəki sual Ərdoğanın “İstanbuldan imtina edib-etməyəcəy”idir.

Dövlət qurumları arasında səlahiyyət bölgüsünün pozulduğu bir ölkədə müxalifət yeni kampaniyaya hazırlaşır. Ancaq Türkiyə elə-belə ölkə deyil. Seçki Şurasının qərarı demokratik prosesin bütövlüyünü şübhəyə alır. Təhlükəli yeni bir fəsil başlanıb.

Türkiyə Cümhuriyyətinin tarixi iki əleyhdar qüvvə arasında mübarizə kimi səciyyələndirilə bilər: üst səviyyə məmurlardan, hərbi generallardan və hakimlərdən ibarət siyasətçilər və bürokratik oliqarxiya. Bürokratik oliqarxiya məqbul siyasətin sərhədlərini çəkib; siyasətçilər bu hüdudlar içində qalmalı idi.

İslamçılar, kommunistlər, kürd milliyyətçiləri – siyasətçilərin səhv bir növü “məqbul” həddən artıq kənardadır, onlar partiyalarının qadağan olunması kimi qanuni əks-səda ilə dəfələrlə üzləşiblər. Əgər onlar fəaliyyətlərini davam etdirərsə və sistemin bütövlüyünə təhlükə yarada bilsələr, hərbi çevriliş baş verərdi.

Model illərlə qüvvədə olub. Siyasətçilər sərhədləri geri itələyir; hakimlər və generallar onları yerinə qaytarır və nəticədə çevriliş şifrəsi pozulur.

Türklər həmişə demokratiyanın bu formasının tarazlıq yaradacağına ümid ediblər.

Perspektivli islamçı siyasətçi Ərdoğan bu nümunəni silib-süpürüb. Həyat, onun sözlərinə görə, mühafizəkar siyasətçilərin “milli iradə” dediyi ilə biznes və bürokratiya arasında epik bir müsabiqədir. Bu hekayət ictimai xidmətlər, infrastruktur və iqtisadi artımlara əhaliyə təqdim edilərək, onun populyarlığını artırıb.

1994-cü ilin bələdiyyə seçkilərində 25 faiz səs qazanaraq Ərdoğan bələdiyyə başçısı seçilib; 2002-ci ildə o, yeni qurulan partiyası ilə hökuməti formalaşdırmağa kömək edən səslərin 34 faizini qazanıb; 2007-ci ildəki seçkilərdə 47 faiz və yenidən baş nazir seçilib; 2011-ci ildə səslərin 50 faizi və baş nazirlik üçün üçüncü müddət…

2010-cu ilin ortalarına qədər Ərdoğan o qədər qüvvətli olub ki, bürokratik oliqarxiya və seçilmiş siyasətçilər arasında mübahisə və müzakirələr köhnə modeli pozub. Hakimlər və generallar artıq onu məhdudlaşdıra bilməyib.

Ölkəni Konstitusiyaya sadiq bir sistemə keçmək əvəzinə, Ərdoğan onu özü və partiyasının xidmətçisi edib. Ərdoğan 2017-ci ildə elan edib: “Türkiyənin taleyi və Ədalət və İnkişaf Partiyasının taleyi bütövləşdi”.

İndi Ərdoğan oyun qaydalarını hazırlayır. Hökumət büdcəsini formalaşdırır, müxalifətə qarşı qanunlar qəbul edir, həm özəl, həm də hökumətə məxsus media qruplarının onu tərənnüm etməsinə göstəriş verir. Seçki siyasətini qalib komandanın bir neçə qol vurduğu və rəqiblərin meydandan suyu süzülə-süzülə çıxdığı futbol oyununa çevirib.

Halbuki indiyə qədər Ərdoğan seçkilərə müdaxilə etməmişdi. Seçki qutusu müqəddəs idi. Seçkilərə müdaxiləyə qədər müxalifət arasında ümid var idi. Buna görə də, İstanbuldakı seçkini təkrarlamaq qərarı ölkənin tarixi üçün çox əhəmiyyətlidir. Suyu süzülən komanda qol vurub, lakin hakim səlahiyyətlərindən faydalanaraq, qolu saymayıb.

Ərdoğanın onu – İstanbulun yöndəmsiz küçələrindən olan bir oğlanı respublikanın prezidentliyinə aparan siyasi sistemə zərbə vurması təəccüblü görünə bilər.

Bəlkə də, onun fikrincə, seçkilərdə müxalifət partiyalarını dayandırmaqla, onların iradəsini qıracaq və bu, ona 50 faizdən çox olan dəstək bazasını genişləndirmək imkanı verəcək. Bu ssenaridə seçkilər – mövcud alternativlər arasında seçim deyil, dövlətə sadiqlik ayinidir.

Ərdoğan ötənilki seçkilərdə səslərin 77 faizini qazanan Rusiya prezidenti Vladimir Putini təqlid etdi. Əgər oxşar nəticələrə nail olmağı istəsə, bu, Putin repressiyalarının təkrarı və “şər qüvvə” kimi beynəlxalq status deməkdir.

Türk siyasətinin köhnə modelini pozduqdan sonra Ərdoğan yeni bir şey yaradıb. Siyasət – ideologiyanı və ya siyasi mövqeyi müdafiə etmək deyil, mümkün güclər əleyhinə “xalq çempionu” olmaqdır.

Ərdoğan siyasi yolçuluğunu yanlış tərəfdən, dindar müsəlman olaraq başlayıb. İndi o isteblişmentdir və buna görə də, vaxt keçdikcə daha az populyardır. Gənc müxalifət lideri İmamoğlu Ərdoğan nəslinin dünyəvi-dini bölünməsini asanlıqla adlayır, hətta Məkkədəki hacılardan, həmçinin pank rokçu Gökhan Özoğuzdan dəstək qazanır.

İmamoğlu seçicilərinin ünvanını yaxşı bilir. Hökumətin hər bir uğursuzluğu, – iqtisadiyyatdan tutmuş xarici siyasətə qədər – İmamoğluna dəstəyi artırır. O, Ərdoğanın özü tərəfindən yaradılmış mükəmməl bir rəqibdir.

Ərdoğan bütün həyatını bürokratiya birlikdə yaratdığı prosesə sərf edib – siyasi sahəni genişləndirməyə. Amma siyasi aləm ona qarşı çıxarsa, nə baş verəcək?

Tərcümə: Strateq.az