Ticarət dövriyyəsi münasibətlərə adekvat deyil – vitse-prezident

  • By admin
  • 13 İyul 2016 12:52

13681739_1065110820205579_314997215_o

Azərbaycanla İran arasında siyasi və iqtisadi münasibətlərin olmasına baxmayaraq, iki ölkə arasındakı ticarət dövriyyəsi bu əməkdaşlığa adekvat deyil.

Gununsesi.info xəbər verir ki, bunu iyulun 13-də Bakıda keçirilən Azərbaycan-İran biznes forumundakı çıxışında Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) vitse-prezidenti Yusif Abdullayev deyib. Onun sözlərinə görə, 2015-ci ildə Azərbaycan ilə İran arasında ticarət dövriyyəsi 125 mln ABŞ dolları təşkil edib. “Bu isə 2014-cü illə müqayisədə 30% aşağıdır. Baxmayaraq ki, iki ölkə arasında ticarət dövriyyəsinin daha yüksək səviyyədə olması üçün geniş imkanlar mövcuddur. Ümid edirəm ki, iki ölkənin iş adamlarının birgə əməkdaşlığı nəticəsində Azərbaycanla İran arasında ticari-iqtisadi münasibətlər daha da inkişaf edəcək və ticarət dövriyyəsinin artımına öz töhfələrini verrəcəklər”- deyə, Y. Abdullayev vurğulayıb. Y.Abdullayev iki ölkə arasındakı əlaqələrin həm siyasi, həm iqtisadi, həm də digər sahələrdə yüksələn xətlə davam etdiyini qeyd edib. Vitse-prezident onu da əlavə edib ki, Azərbaycanda iş adamlarının biznes fəaliyyəti ilə bağlı münbit şərait yaradılıb.

İran İslam Respublikasının Qərbi Azərbaycan əyalətinin Kooperasiya Palatasının sədri Mahmudrza Şərifixah isə öz növbəsində deyib ki, ölkələrimiz arasında iqtisadi sahədə əlaqələr yüksək səviyyədədir. “Azərbaycan ilə İran arasında münasibətlər tarixi köklərə söykənir. Bizim ölkələrimiz müştərək dilə, dinə və tarixə malikdir. Ona görə də biz bu əlaqələri daha da inkişaf etdiməliyik”-deyə, M. Şərifixah vurğulayıb. əlaqələrin inkişaf etdirlməsi baxımından iki ölkənin qarşılıqlı səfərlərinin vacibliyini qeyd edən M.Şərifixah deyib ki, iranli turistlər Azərbaycana gəldiyi kimi, azərbaycanlı turistlər də təkcə Təbrizə deyil Urmiyaya səfər etsələr daha yaxşı olar. “Bu iki ölkə arasındakı münasibətlərə öz təsirini göstərir. Odur ki, mən azərbaycanlı iş adamlarını Urmiyaya dəvət edirəm”- deyə, M. Şərifixah vurğulayıb.

Gununsesi.info