Tofiq Qasımov qürbətdə vəfat etdi

  • By admin
  • 29 Yanvar 2020 11:00

Tofiq Qasımov İsveçrədə vəfat edib. Tofiq Qasımov Azərbaycan Xalq Hərəkatının rəhbərlərindən biri, istiqlalçı millət vəkili, ölkənin Elçibəy hakimiyyəti dövündə Xarici İşlər naziri olmuş ictimai siyasi və dövlət xadimi, görkəmli alim, ölkənin ən nüfuzlu ziyalılarından biri idi. Azərbaycan Xalq Cəbhəsinin qurucularından və rəhbərlərindən biri olmuşdu.

Gununsesi.org xəbər verir ki, bunu Müsavat Partiyasının başqanı Arif Hacılı deyib.

“Müsavat Partiyası bərpa Mərkəzinin üzvlərindən biri, Müsavat Partiyasının üzvü idi.Tofiq Qasımovun vəfatı Azərbaycanın demokratik düşərgəsi, Müsavat Partiyası və bütün Azərbaycan xalqı üçün böyük itkidir. Allah rəhmət eləsin!”-deyə, o, sonra qeyd edib.

Qeyd edək ki, son illər mühacir həyatı yaşayan 82 yaşlı Tofiq Qasımov Milli-azadlıq hərəkatının liderlərindən, məşhur “43-lər”dən, “İstiqlal”çı deputatlardan, Müstəqillik haqqında Konstitusiya Aktının müəlliflərindən, Azərbaycanın xarici siyasət idarəsinin (1992-93-cü illərdə) eks başçılarından, tanınmış fiziklərdən olub.

2 qızı var. Həyat yoldaşı və qızları ilə İsveçrənin Lütsern şəhərində yaşayırdı.

 

Gununsesi.org