Tofiq Yaqublu baş prokurorluğa niyə çağrılıb? - ÖZÜ DANIŞIR

  • By admin
  • 22 Avqust 2019 13:43

Xəbər verildiyi kimi Milli Şuranın üzvü, keçmiş siyasi məhbus Tofiq Yaqublu Baş Prokurorluğa çağrılıb.

Tofiq Yaqublu görüşdən sonra Gununsesi.org-a bu quruma çağrılma səbəbindən danışıb.

Onun sözlərinə görə, Respublika Prokurorluğunda onu baş prokurorun müavini Namiq Əsgərov və daxili işlər nazirinin müavini Seyfulla Əzimov qəbul edib.

Ona bildiriblər ki, hakimiyyətə qarşı fəaliyyətində qanunazidd məqamlar var.

Yaqublu özü isə bununla razılaşmadığını deyib.

Elmar