Tovuzda iki avtomobil toqquşdu, qadın xəsarət aldı

  • By admin
  • 16 Fevral 2020 21:56

Tovuz rayonunda bir nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Gununsesi.org-un “Report”a istinadən məlumatına görə, hadisə rayonun Dönük Qırıqlı kəndi ərazisində qeydə alınıb.

“VAZ” markalı iki avtomobilin toqquşması nəticəsində, 1993-cü il təvəllüdlü Mənzər Əmirova xəsarət alıb və xəstəxanaya aparılıb.

Onun vəziyyətinin kafi olduğu bildirilir. Faktla bağlı araşdırmalara başlanılıb.

 

Gununsesi.org