Tovuzda intihar faktının qarşısı alınıb

  • By admin
  • 05 Dekabr 2017 22:46

Tovuzda intihara cəhd hadisəsi baş verib.

Gununsesi.info xəbər verir ki, hadisə rayonun Əyyublu kəndində olub. Kənd sakini, 1970-ci il təvəllüdlü Əliyev Nəbi İsaq oğlu essensiya (sirkə) turşusu içib. Yaralı ağır vəziyyətdə Tovuz rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Məlumata görə, N.Əliyev uzun müddətdir ki, tüfeyli həyat tərzi sürürmüş.

Faktla bağlı araşdırma aparılır.

Gununsesi.info