Tovuzda ürəkdağlayan olay - ATASINA ÖLÜMÜNƏ DÖZMƏYƏN QIZ ÖZÜNÜ ÇAYA ATDI

  • By admin
  • 11 Avqust 2019 22:31

 

Tovuz rayonunda intihara cəhd hadisəsi baş verib.

Gununsesi.org nun məlumatına görə, 2001-ci il təvəllüdlü Həsənova Kifayət Məhəmməd qızı özünü körpüdən çaya atıb. İnsident Tovuzçayın Tovuz şəhəri ərazisindən keçən hissəsində qeydə alınıb. Ağır bədən xəsarətləri alan qız xəstəxanaya yerləşdirilib, vəziyyəti ağırdır.

İntihara cəhdin səbəbləri araşdırılır.

***

K.Həsənovanın intihara cəhdinin səbəbi məlum olub. O, atasının ölümünə dözə bilmədiyi üçün intihara cəhd edib.

Gununsesi.org