Toya silahlı hücum edən İŞİD-çılara ağır cəza

Toya silahlı hücum edən İŞİD-çılara ağır cəza

2016-cı il avqustun 20-də Türkiyənin Qaziantep şəhərində toya hücum edərək 57 nəfəri güllələyən İŞİD üzvlərinə verilən cəza bəlli olub.

Gununsesi.org türk mediasına istinadən xəbər verir ki, 10 cinayətkarın hər birinə 76 il olmaqla ömürlük həbs cəzası verilib. Onlar cəzalarının 58 ilini ağır rejimli cəzaçəkmə müəssisəsində çəkəcəklər. 2 nəfər hadisə şahidi isə sərbəst buraxılıb.

 Məhkəmə təhlükəsizlik məqsədilə Kayseri Ağır Cinayətlər Məhkəməsində keçirilib.

COMMENTS