Toyda havaya açılan atəş bəyi ağır yaraladı

  • By admin
  • 13 Yanvar 2020 16:57

Türkiyənin Şanlıurfa şəhərində toyu olan gənc yaralanıb.

Gununsesi.org Sondakika.com-a istinadən xəbər verir ki, Bilecik rayonunda 25 yaşlı bəy Mehmet Yılmaz toyunda yallı oynayarkən güllə ilə vurulub.

Açıq havada keçirilən toy zamanı havaya atılan güllələrdən biri onun başına dəyib.

Xəstəxanaya çatdırılan gəncin vəziyyəti ağır qiymətləndirilir.

Bəyin yaralanmasına görə toy təxirə salınıb.

Hüquq-mühafizə orqanları hadisəni törədən şəxsin kimliyini müəyyən edib, axtarışına başlayıblar.

Gununsesi.org