“Toyota” 12 mindən çox avtomobili geri çağırır

  • By admin
  • 24 Noyabr 2019 10:34

Yaponiyanın avtomobil istehsalçısı “Toyota” enerji doldurma proqramının nasazlığı qüsurlarına görə 12 mindən çox avtomobili Çin bazarıdan geri çağırır.

Gununsesi.org xəbər verir ki, bu barədə Çinin Dövlət Bazar Tənzimlənməsi Administrasiyası məlumat yayıb. Bildirilir ki, həmin avtomobillərdə mühərrikin nəzarət kompüterində enerji yükləməsinə nəzarət proqramlarının nasazlığı səbəbindən batareyalar düzgün çalışmaya və nəticədə mühərrik işə düşməyə bilər.

Dekabrın 29-dan başlayacq proses zamanı 2017-ci ilin dekabrından cari ilin martınadək olan müddətdə istehsal olunmuş “Alphard” modeli avtomobillər geri çağırılacaq.

“Toyota” şirkəti həmin avtomobillərdəki nasazlıqları öz hesabına aradan qaldıracağını vəd edib.

 

Gununsesi.org