“Toyota” avtomobilləri geri çağırıb

  • By admin
  • 30 Noyabr 2017 22:35

Toyota Motor” şirkəti Rusiyada 9,3 mindən çox “Hilux” avtomobilini geri çağırıb.

Gununsesi.info xəbər verir ki, bu qərar avtomobillərin təhlükəsizlik yastıqlarında qeydə alınan qüsurlarla bağlıdır.

Şirkətin yaydığı məlumatda qeyd olunur ki, geri çağırılma 2011-ci ilin sentyabrından 2014-cü ilin noyabrınadək Rusiyada satılmış pikap modellərinə şamil olunur.

Bu avtomobillərdə təmir işləri avtomobil sahibləri üçün ödənişsiz həyata keçiriləcək.

Gununsesi.info