“Traktor”un 7 azarkeşi həbs edilib

  • By admin
  • 06 Noyabr 2019 08:59

 

İran İslan Respublikasının daxili işlər nazirinin təhlükəsizlik üzrə müavini Hüseyin Zülfəqari İran futbol super liqası oyunlarında “İstiqlal” komandası və Təbrizin “Traktor” komandası arasında keçən matçda 7 azarkeşin saxlanıldığını bildirib.

Gununsesi.org-un İRNA xəbər agentliyinə istinadən verdiyi məlumata görə, azarkeşlərin saxlanılmasını o onların idmanla əlaqəsi olmayan davranışları ilə izah edib. Zülfəqari həmçinin bildirib ki, 3-4 nəfər qaldırdıqları şüara görə təhlükəsizlik qüvvələri tərəfindən axtarılır.

İran daxili işlər nazirinin müavini İstiqlal-Traktor oyununda türk azarkeşlərin hərəkətlərinin ölkənin milli təhlükəsizliyinə zidd olduğunu və onların təhlükəsizlik və məhkəmə orqanları tərəfindən qanuna uyğun olaraq cəzalandırılacaqlarını deyib.

Gununsesi.org