Tramp Ərdoğana başsağlığı verdi

  • By admin
  • 28 Yanvar 2020 12:36
ABŞ Prezidenti Donald Tramp Elazığda baş vermiş dağıdıcı zəlzələyə görə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana başsağlığı verib.
Gununsesi.org “Anadolu” agentliyinə istinadən xəbər verir ki, Tramp Ərdoğana zəng edərək bu ağır günlərdə Türkiyənin yanında olduqlarını bildirib.
İki lider telefon görüşməsi zamanı ikitərəfli münasibətlər, İdlib və Liviyadakı son proseslərlə bağlı fikir mübadiləsi də ediblər.
Qeyd edək ki, Elazığda baş vermiş 6,8 bal gücündəki zəlzələ nəticəsində 41 nəfər ölüb, 1607 nəfər xəsarət alıb. 45 nəfər isə dağıntılar altından sağ çıxarılıb.
Gununsesi.org