Tramp ABŞ-ın İsraildəki səfirliyini Qüdsə köçürmək istəyir

  • By admin
  • 05 Dekabr 2017 22:40

ABŞ prezidenti Donald Tramp Fələstin lideri Mahmud Abbasa İsraildəki ABŞ səfirliyini Tel-Əvivdən Qüdsə köçürəcəyini bildirib.

Gununsesi.info xəbər verir ki, Birləşmiş Ştatlar prezidenti bunu Abbasla telefon danışığı zamanı bəyan edib.

Öz növbəsində, prezident Abbas bu cür addımın ciddi fəsadlarla nəticələnəcəyi haqqında ABŞ liderini xəbərdar edib. Onun sözlərinə görə, qərar bölgədə və dünyada təhlükəsizliyin və sabitliyin pozulmasına gətirib çıxaracaq.

Gununsesi.info