Tramp ayaqqabısına yapışan tualet kağızı ilə sosail medianın dilinə düşdü - FOTOLAR

  • By admin
  • 13 Noyabr 2019 19:23

ABŞ prezidenti Donald Tramp yeni bir xoşagəlməz situasiya ilə üzləşib.

Gununsesi.org xarici agentliklərə istinadən xəbər verir ki, jurnalistlər onun xidməti maşınına minərkən ayaqqabısına yapışan tualet kağızına diqqət ediblər.

Xəbərdə həmin vaxt Birləşmiş Ştatların dövlət başısının yanında xanımı Melaniya Trampın da olduğu bildirilir.

Nyu-York şəhərindən Vaşinqtona keçmək üçün hərəkət edən Ağ Evin rəhbərinin ayağına yapışan həmin kağız təyyarəyə minənə qədər çıxmayıb.

“Daily Mail” qəzeti prezidentin ətrafındakı şəxslərdən heç birinin bunu ona deməyə cürət etmədiyini yazıb.

Qeyd olunur ki, belə bir hadisə Donald Trampın başına ikinci dəfə gəlir.

2018-ci ilin oktyabrın 5-də Donald Tramp Minneapolis beynəlxalq hava limanından təyyarəyə qalxarkən də onun çəkməsində tualet kağızının yapışdığı görülmüşdü.

Ümumiyyətlə, ABŞ prezidentinin adı tualet kağızları ilə tez-tez hallandırılır.

2017-ci ildə Antoniio Batalya adlı meksikalı iş adamı onun şəkli və soyadı qeyd olunan kağız istehsal etmişdi. Antonio Batalya bunu Donald Trampın ölkəsinə və meksikalılara qarşı ikrah münasibətinə, habelə sərhəddə divar tikməsinə görə intiqam aldığını söyləmişdi.

 

Gununsesi.org