Tramp Bağdadinin məhvində iştirak etmiş itin şəklini paylaşdı - FOTO

  • By admin
  • 29 Oktyabr 2019 12:00
ABŞ prezidenti Donald Tramp öz “Twiiter” səhifəsində elə Amerika kəşfiyyatının özünün qondardığı “İŞİD”-in lideri Əbu Bəkr əl-Bağdadinin Suriyanın şimal-qərbində guya məhv edilməsi zamanı “Delta” xüsusi bölməsinin əməliyyatında iştirak edən bir itin (Belçika ovçarkası- çoban iti malinya)  foto-şəkilini paylaşıb. 
Gununsesi.org xəbər verir ki,  bu haqda  İsrail mediası məlumat yayıb.
“Biz “İŞİD” lideri Əbu Bəkr əl-Bağdadinin tutulması və aradan qaldırılması üçün BÖYÜK işlər görmüş gözəl -bir itin (adı açıqlanmır)  fotoşəklini üzə çıxardıq” –deyə ABŞ lideri yazıb.
Daha əvvəl bu itin əl-Bağdadinin gizlənməyə çalışdığı tunelin partlaması və çökməsi nəticəsində xəsarət aldığı bildirilmişdi.  Hazırda həmin  ovçarkanın  fotosunu  dünyanın bütün aparıcı KİV-i yayımlayır.
ABŞ Müdafiə Nazirliyindən Suriyadakı əməliyyat zamanı yaralanan çoban itinin sağ olduğu və reabilitasiya əməliyyatı keçirdiyi bildirilib. Son məlumatlara görə, bu ovçarkanı orduda saxlamaq planlaşdırılır.
Gununsesi.org