Donald Tramp Davosa gedir

  • By admin
  • 18 Yanvar 2020 21:59
ABŞ Prezidenti Donald Tramp İraq Prezidenti Bərham Salehlə danışıqlar aparmağı planlaşdırır.
Gununsesi.org xəbər verir ki, bu məlumatı CBC televiziyası öz mənbələrinə istinadən yayıb.
Məlumata görə, görüşün Davos İqtisadiyyat Forumu çərçivəsində keçirilməsi nəzərdə tutulub. Hazırda tərəflər arasında iki liderin görüşünün gündəmi barədə məsləhətləşmələr aparıldığı vurğulanıb.
Trampın, həmçinin, Avropa Komissiyasının sədri Ursula fon der Leyenlə də görüşü planlaşdırılıb.
Gununsesi.org