Tramp hakimiyyətinə ən böyük təhlükəni açıqladı

  • By admin
  • 17 Oktyabr 2018 10:31

ABŞ prezidenti Donald Trampın siyasətinə ən böyük təhlükə xüsusi prokuror Robert Müllerin 2016-cı ildə ölkədə keçirilən prezident seçkilərinə Rusiyanın müdaxiləsini araşdırması deyil, Federal Ehtiyatlar Sistemidir.
“Gununsesi” xəbər verir ki, bununla bağlı ABŞ prezidenti “Fox Business”ə müsahibəsində deyib.
“Mənim üçün ən böyük təhlükə FES-dir. Çünki o, tez-tez payları qaldırır və çox müstəqildir”, – Tramp bildirib.
O əlavə edib ki, tənzimləyici siyasətə müdaxilə etmir.
Bununla yanaşı, prezident bəyan edib ki, FES-in siyasətindən narazıdır, ancaq tənzimləyici postlara təyin etdiyi rəhbər şəxslərdən razıdır.