Tramp Qolan təpələrində adına qəsəbə salınmasına münasibət bildirdi

Tramp Qolan təpələrində adına qəsəbə salınmasına münasibət bildirdi

May ayında İsrailin baş naziri Benyamin Netanyahu ölkəsinin Qolan təpələri üzərində suverenitetinin tanımasına təşəkkür əlaməti olaraq Qolan təpələrindəTramp adına qəsəbə salınacağını bəyan etmişdi.

Bu gün Qolan təpələrində qəsəbənin rəsmi açılış mərasimi keçirilib.

ABŞ prezidenti Donald Tramp  öz Twitter səhifəsində bu jestə cavab verib:
“Netanyahu və İsrailə təşəkkür edirəm. Bu mənim üçün böyük şərəfdir”.

Qeyd edək ki, Tramp adına qəsəbənin salınması işləri ilə İsrailin yeni hökuməti məşğul olur.

COMMENTS