Tramp Qüdslə bağlı qərarını açıqladı – Video + Yenilənib

  • By admin
  • 06 Dekabr 2017 22:50


ABŞ prezidenti Donald Tramp Qüdsün İsrailin paytaxtı olması ilə bağlı edəcəyi çıxışdan öncə qısa açıqlama verib.

Gununsesi.info NTV-yə istinadən xəbər verir ki, Tramp özündən əvvəlki prezidentlərin Qüdslə bağlı bir şey etmədiklərini və indi lazımi addımı atmağın zamanı olduğunu deyib:

“Qüdslə bağlı qərar çoxdan verilməli idi”.

Qeyd edək ki, Qüdsün İsrailin paytaxtı elan edilməsi iddiasına bir çox ölkə, həmçinin Avropa Birliyi sərt münasibət bildirib. ABŞ-a regionda qarışıqlıq yaratmamaq barədə çağırış edilib.

***

Tramp ictimaiyyət qarşısında çıxışına başlayıb. O, Qüdsü İsrailin paytaxtı olaraq tanıdığını rəsmən elan edib.

ABŞ prezidenti Təl-Əvivdəki konsulluğun Qüdsə köçürülməsi üçün göstəriş verib.

 

Gununsesi.info