Tramp sürətlə irəliləyir

  • By admin
  • 25 May 2016 12:05

Donald Trump

Tramp Vaşinqton ştatında praymeriz-in ilkin nəticələri üzrə 1229 səs alıb. Gununsesi-nin CNN telekanalına istinadən verdiyi məlumata görə, ABŞ prezidentliyinə namizəd postu uğrunda yarışlarda milyarder Donalda Trampın daha  səkkiz səsə ehtiyacı var. Respublikaçılar Partiyasından namizd olan milyarder Donald Tramp, Demokratlardan olan Hillari Klintonla yarışır.  Tramp Vaşinqton ştatında praymeriz-in ilkin nəticələri üzrə 1229 səs ala bilib. Lakin qələbəni tam təmin etmək və vahid namizəd olmaq üçün 1237 səs almaq lazımdır. İndi Vaşinqtonda ştatında Tramp 76,2% seçici səsi qazana bilib.

Respublikaçıların vahid namizədi bu ilin iyul ayında Ohayo ştatında keçiriləcək qurultaydan sonra məlum olacaq.

Xatırladaq ki, Amerika Birləşmiş Ştatlarında bu ilin noyabrında yeni prezident seçkiləri keçiriləcək. Seçiləcək şəxs 4 il müddətinə Ağ Evə rəhbərlik edəcək.