Tramp və Lavrovun görüşü bu gün baş tutacaq

  • By admin
  • 10 Dekabr 2019 10:43

Vaşinqtonda səfərdə olan Rusiya Xarici İşlər naziri Sergey Lavrovun ABŞ Prezidenti Donald Trampla görüşü olacaq.

Gununsesi.org-un “RİA Novosti”yə istinadən  xəbər verir ki , Amerika lideri rusiyalı rəsmini dekabrın 10-da saat 14:30-da Oval kabinetdə qəbul edəcək.

Görüş mətbuata qapalı keçiriləcək. Nə qədər davam edəcəyi dəqiqləşdirilməyib.

Qeyd edək ki, Lavrov bu gün ABŞ-a səfər edib. O, saat 10:30-da dövlət katibi Mayk Pompeo ilə görüşəcək, saat 12:00-da işgüzar naharda iştirak edəcək. Daha sonra mətbuat konfransı keçiriləcək.

Gununsesi.org