Tramp yeni ittifaq yaradılmasını təklif etdi: “Orta Şərqin bütün yükü mənim çiyinlərimdədir”

  • By admin
  • 10 Yanvar 2020 09:53

Tramp Orta Şərq ölkələrinin NATO-ya daxil olmasını təklif edib.

Gununsesi.org Sondakika.com-a istinadən xəbər verir ki, ABŞ başçısı NATO-ME (Middle East) adlı yeni təşkilat yaradılmasının lazım olduğunu deyib.

O, bu məsələ ilə bağlı NATO-nun Baş katibi Yens Stoltenberqlə görüşündən və ittifaqın Orta Şərqdəki hadisələrə daha da yaxından müdaxilə etməsindən danışıb:

“Orta Şərqin bütün yükü mənim çiyinlərimdədir, bu, heç də ədalətli deyil, NATO böyüməli və Yaxın Şərqi ittifaqın tərkibinə daxil etməlidir”, – deyə Tramp bildirib.

ABŞ prezidenti qeyd edib ki, Süleymaninin aradan götürülməsində haqlı olub:

“O, daha əvvəl aradan götürülməli idi. Obama idarəçiliyinin səhvlərinə görə İran maddi baxımdan güc əldə etdi və qazandığı pulları terrora xərclədi. Biz buna son qoyduq”.

Gununsesi.org