Tramp Türkiyəni təriflədi: “Yaxşı işlər görür”

  • By admin
  • 03 Dekabr 2019 15:30
ABŞ prezidenti Donald Tramp Türkiyənin Suriyanın şimalında keçirdiyi “Barış Pınarı” hərəkatını tərifləyib.

Gununsesi.org xəbər verir ki, Tramp açıqlamasında, “Türkiyə ilə yaxşı əlaqələrimiz var. Biz də kifayət qədər sərhəd bölgəsində qaldıq, amma indi həmin ərazilərdən çəkildik. Türkiyə yaxşı iş görür”,- deyərək prezident qardaş ölkə haqda müsbət fikirlər səsləndirib.

Prezident Ərdoğanla görüşəcəyini deyən Tramp, səsləndirdiyi fikirlərə görə Fransa prezidenti Emmanuel Makrona da iradını bildirib. Trap Ərdoğanla yaxşı anlaşdıqlarını deyib.