Trampın satın almaq istədiyi qəribə ada Qrenlandiya- FOTO

ABŞ Prezidenti Donald Trampın Danimarkaya tabe olan Qrenlandiyanı satın almaq istəməsinə dair açıqlamalarından sonra dünyanın diqqəti bu qəribə adaya çevrilib.

Gununsesi.org Oxu.Az-a istinadən  dünyanın ən böyük adası haqqında maraqlı məlumatları təqdim edir:

Qrenlandiya ərazisinə görə dünyanın ən böyük adasıdır. Adanın 81 faizi buzlaqlarla örtülüdür.

Ada Atlantik okeanın şimalında yerləşir. 2.166.086 kvm (iki milyon 166 min 86 kvadrat kilometr) əraziyə malik Qrenlandiyadakı buz örtüyünün qalınlığı üç kilometrdir dəniz səviyyəsinin altındadır.

Ada şimaldan Arktika, cənub-şərqdə İslandiya, qərbdə Kanadanın Ellesmere adası və Baffin körfəzi ilə əhatə olunub.

Qrenlandiya 900-cü ildə Qunbern tərəfindən kəşf olunub. Beləcə, adanın normanlar tərəfindən mənimsənilməsi başlayıb. 986-cı ildə islandiyalı Kürən Erik (Erik Torvaldensen) Qunbernin kəşf etdiyi adanın axtarışına çıxıb. O, adanın buzlarla örtülü cənub hissəsinə gəlib çıxıb. Geri dönən Erik növbəti yay yenidən buraya qayıdıb – bu dəfə adanı koloniyaya çevirmək məqsədilə.

Adanın “Yaşıl ada” adlandırılması da məhz Kürən Erikin planının bir hissəsidir. O, bu adla buraya insan axınına nail olmağa çalışıb.

Hazırda bu sərt şaraitə malik adada 57 min 500 insan yaşayır. Əhalinin böyük qismi qərb sahillərindəki kiçik qəsəbələrdə məskunlaşıb.

Qrenlandiyalılar həm kalaallit, həm də skandinaviyalılardan təşkil olunublar. Qrenland dilində danışırlar.

Adada orta temperatur -70 dərəcə olsa da, hava günəşli və qurudur. Qış ayları olduqca soyuq keçən adanın buzla örtülü bölgələrində yay aylarında belə temperatur donma dərəcəsində olur.

Danimarkanın tərkibində 1973-cü ildə Avropa İqtisadi Birliyinə daxil olan Qrenlandiya 23 fevral 1983-cü ildə xalq səsverməsi ilə AİB-dən ayrılmaq qərarı alıb və 1 fevral 1985-ci ildə bu birlikdən çıxıb.

Hələ də Avropa İttifaqından kənarda olan Qrenlandiya 21 iyun 2009-cu ildə referandum keçirib və o tarixdən sonra Qrenlandiya hökuməti torpaqlarının zəngin təbii sərvətlərini istifadə etmək haqqına və səlahiyyətlərinə sahib olub. Bununla Danimarkadan daha çox muxtariyyət alıb.

COMMENTS