Trampla Ərdoğan arasında yeni danışıq oldu

  • By admin
  • 19 Oktyabr 2019 10:33

Türkiyə və ABŞ Prezidentləri arasında növbəti telefon danışığı olub.

Gununsesi.org xəbər verir ki, bu barədə Rəcəb Tayyib Ərdoğan öz tvitter mikrobloqunda məlumat verib.

“ABŞ Prezidenti Donald Trampla gerçəkləşdirdiyimiz telefon danışığı zamanı ikitərəfli məsələlər, xüsusilə də Fəratın qərbində qurulması planlaşdırılan təhlükəsiz bölgə haqqında fikir mübadiləsi apardıq. Görüşümüzdə dərin və sağlam təməllərə söykənən Türkiyə-Amerika əlaqələrinin gücləndirilməsi üçün atdığımız qarşılıqlı addımlardan duyduğum məmnuniyyətimi bölüşdüm. Ümid edirəm ki, bölgəmizin sülhü, firavanlığı və sabitliyi üçün, xüsusilə Suriyanın şimalında quracağımız təhlükəsiz bölgə işləri üçün ortaq səylərimiz davam edəcək”.

Donald Tramp da öz tvitter səhifəsində türkiyəli həmkarı ilə görüşdüyünü açıqlayıb:

“İndi Prezident Rəcəb Tayyib Ərdoğanla danışdım. Mənə Suriyanın şimal-şərqində kiçik miqyaslı snayper və minaatan hücumunun tez bir zamanda dayandırıldığını söylədi. O (Ərdoğan.-red) barışığın və ya fasilənin işləməsini istəyir. Eləcə də kürdlər də bunu istəyir və son həllin gerçəkləşməsini istəyirlər”.

İllər əvvəl belə bir düşüncəyə sahib olmamağın pis olduğunu bildirən Tramp, prosesin bu günə qədər çox zəif şəkildə davam etdiyini vurğulayıb: “Hər iki tərəfin yaxşı niyyəti var və bu, uğur üçün yaxşı bir fürsətdir.

ABŞ nefti təmin etdi və İŞİD döyüşçüləri də kürdlər və türklər tərəfindən təhlükəsizliklə təmin edildi. Mən həmişə Avropa Birliyinin bəzi ölkələrinə xəbərdarlıq etmişəm və ilk dəfə olaraq öz ölkələrindən gələn İŞİD döyüşçülərini almaq niyyətindədirlər. Bunlar yaxşı xəbərdir, amma biz onları tutduqdan sonra bu, edilməli idi. Yenə də yaxşı irəliləyiş var”.

Amerika lideri digər tərəfdən, Ərdoğanın ona bir neçə gün öncə tvitterdə ünvanladığı “Cənab Prezident, insanlığın əsas düşmanı olan terrorçuluğa qarşı qalib gələndə daha çox insan xilas olunacaq. Bu ortaq səyin bölgəmizdə sülh və sabitliyi təmin edəcəyinə əminəm” mesajına cavabında “terrorçuluğa qarşı qalib gələk” ifadəsini işlədib.



 

 

 

Gununsesi.org