Tranzit çaylarda hazırki vəziyyət

  • By admin
  • 06 Sentyabr 2016 14:55

ccay

Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 80-100, Kiçik Qafqazın çaylarında 115-135, Lənkəran-Astara bölgəsi çaylarında isə 100-180 faizini təşkil edib.

Gununsesi.info Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinə istinadən xəbər verir ki, sentyabrın 5-də Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində dəyişiklik müşahidə olunmayıb. Hazırda məntəqədə su sərfi 100 m3/s olmaqla ongünlük normanın 82 faizini təşkil edib. 2015-ci ildə isə bu rəqəm 115 m3/s olmaqla ongünlük normanın 94 faizini təşkil edib.

Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində dəyişiklik müşahidə olunmayıb. Hazırda məntəqədə su sərfi 26 m3/s olmaqla, ongünlük normanın 36 faizini təşkil edib. 2015-ci ildə isə bu göstərici 86 m3/s təşkil edərək ongünlük normanın 118 faizini təşkil etdib.

Sentyabrın 5-də Kür çayının aşağı axınında suyun səviyyəsində artım müşahidə olunub. Belə ki, Kür çayının Surra məntəqəsində 19 sm, Salyanda 15 sm,  Bankədə 4 sm, Araz çayının Novruzlu məntəqəsində isə suyun səviyyəsində 48 sm artım müşahidə edilib.

Hazırda Surra məntəqəsində suyun səviyyəsi 473 sm (2015-ci il sentyabrın 5-də 331 sm), Salyanda 230 sm (2015-ci il sentyabrın 05-də 135 sm), Bankədə 209 sm (2015-ci il sentyabrın 05-də 159 sm), Araz çayının Novruzlu məntəqəsində isə 178 sm (2015-ci il sentyabrın 05-də 76 sm) təşkil edib.

Anar

Gununsesi.info