Trump Ayətulla Xameneyini hədəfləyən sanksiyaları imzalayıb

  • By admin
  • 24 İyun 2019 22:56

Trump

ABŞ Prezidenti Donald Trump İrana qarşı yeni və daha sərt sanksiyaları imzaladığını bildirib. Hədəfə alınanlar arasında ölkənin Ali Dini lideri Ayətulla Əli Xameneyi də var.

Gununsesi.org ABŞ mediasına istinadən bildirir ki, Trump yeni sanksiyaların ABŞ dronunun vurulması və “digər bir çox şeylərə” cavab olduğunu deyib.

“Sanksiyalar Tehrana təzyiqləri artırmaqda davam edəcək” – o deyib və əlavə edib ki, “İran heç zaman nüvə silahına sahib ola bilməyəcək”.

İki ölkə arasında gərginlik son həftələrdə daha da yüksəlməkdə idi.

Keçən həftə İran Körfəzdə pilotsuz ABŞ dronunu vurub salmışdı.

Xameneyi