Trump-ın şəxsi vəkili ilə bağlı araşdırmalara başlanılıb

  • By admin
  • 12 Oktyabr 2019 23:32

ABŞ prezidentinin şəxsi vəkili Rudolph Guliani ilə bağlı prokurorluq araşdırmalara başlayıb.

Gununsesi.org xəbər verir ki, bu barədə The New York Times yazıb.

Qəzetin yazdığına görə, vəkil lobbi qanunlarını pozmaqda şübhəli bilinir. İstintaq Trumpın vəkilinin köməkçiləri olan iş adamları Lev Parnassus və İqor Frumana qarşı işlə bağlıdır. Bu həftə həbs olunan sovet əsilli hər iki şəxs seçki kampaniyasındakı maliyyə pozuntularında ittiham olunur. Federal prokurorluq həmçinin vəkil Gulianinin ABŞ-ın Ukraynadakı səfirinin istefası ilə bağlı əlaqələrini də araşdırır. Bu istefada onun təsirin olduğu ehtimal edilir. Guliani səfirin istefasında iştirakının olmasını təkzib etsə də, köməkçiləri və Ukrayna prokurorları ilə səfir Mary Jovanovic-in haqqında, eləcə də ABŞ-ın keçmiş vitse-prezidenti Co Biden və oğlu Hunter haqqında məlumat topladıqlarını inkar etməyib. Biden və onun oğluna qarşı araşdırmalar Trumpa qarşı impiçment prosedurlarının gündəmə gəlməsinə səbəb olub. Associated Press-in məlumatına görə, Mary Jovanovic Trump-ın şəxsi vəkili Gulianinin xahişlərini yerinə yetirmədiyi üçün istefaya göndərilib. Məlumatlara görə, guya səfir bütün xahişlərin diplomatik protokola uyğun olaraq rəsmi kanallarla ötürməsini tələb edib . Jovanovic özü Trump-ın impiçment məsələsi ilə bağlı Konqressdəki qapalı dinləmələrdə çıxış edib. Washington Post-un yazdığına görə, keçmiş səfir bəyan edib ki, onun istefası vəkil Gulianinin şikayəti əsasında Trumpın təzyiqləri ilə bağlıdır Məsələ ilə bağlı Reuters sualarını cavablandıran Gulianin «Mən heç vaxt heç kimiə lobbilik etməmişəm . Əgər onlar məndən soruşmaq istəsəydilər mən sübut etməyə şad olardım. Amma onlar bunu etmədilər» deyə bildirib. New York Times-dakı yazıya Trump da münasibət bildirib. «Beləliklə indi onlar əfsanəvi “cinayətkarlığa qarşı” mübariz, Nyu York tarixində ən möhtəşəm merə qarşı araşdırmalara başlayıblar. «Bəzən o bir qədər kobud görünə bilər, amma o əla oğlan və gözəl vəkildir” deyə ABŞ prezidenti şəxsi vəkilini müdafiə edib.

 

 

Gununsesi.org