Tunisin yeni prezidenti artıq məlumdur

Tunisin yeni prezidenti artıq məlumdur

Tunisdə prezident seçkilərinin ikinci mərhələsinin nəticələrinə əsasən, ölkənin yeni prezidenti Kays Said olub.

Gununsesi.org xarici KİV-ə istinadən xəbər verir ki, o, 76% səslə qələbə qazanıb. Said heç bir partiyanın üzvü deyil. Seçkilərdə seçicilərin 57,8%-i iştirak edib.

Qeyd edək ki, Kays Said 2014-cü ildə yaradılan və  “Ərəb dünyasının ən demokratik konstitusiyası” adlandırılan konstitusiyanın müəlliflərindən biridir. Onun 61 yaşı var və seçkiqabağı kampaniya keçirməyib.

Xatırladaq ki, Tunisin əvvəlki prezidenti  Beji Kaid əs-Sebsi iyulun 25-də 92 yaşında dünyasını dəyişib.

 

Gununsesi.org 

COMMENTS