Türkiyədə oteldə 2 azyaşlı qaynar yağdan yandı

Türkiyədə oteldə 2 azyaşlı qaynar yağdan yandı

Türkiyənin “Club Paradiso” otelində kulinar şousu zamanı bir neçə nəfər, o cümlədən Rusiyadan olan 3,5 və 10 yaşlı uşaqlar qaynar yağdan yanıq xəsarətləri alıblar.

Gununsesi.org-un məlumatına görə, əvvəlcə yerli xəstəxanaya çatdırılan şəxslər, bu gün Rusiyanın Yekterinburq şəhər xəstəxanasına yerləşdiriliblər. Uşaqların vəziyyəti stabil qiymətləndirilir. Onların həyati təhlükəsi yoxdur.

Hadisənin baş verdiyi oteldən verilən açıqlamada bildirilib ki, şou zamanı qablardan birinin qapağı açılıb və onun içində qaynamaqda olan yağ ətrafa sıçrayıb.

 

 

 

Gununsesi.org

COMMENTS