Türkiyədə YAP adlı partiya yaradıldı

Türkiyədə YAP adlı partiya yaradıldı

Türkiyədə Əhməd Davudoğlu və Əli Babacanın partiya quracağı ilə bağlı müzakirələrin davam etdiyi bir zamanda Patent və Marka İdarəsinə yeni partiya ilə bağlı müraciət daxil olub.

Gununsesi.org xəbər verir ki, müraciəti edilən partiyaya “Yaşam ve Adalet Partisi” (YAP) adı verilib.

Türkiyə mətbuatı bu partiyanın məhz Davudoğlu və Babacan tərəfindən qurulduğunu yazır.

Qeyd edək ki, Əhməd Davudoğlunun yeni partiyanın binasını da müəyyənləşdirdiyi bildirilir.

Gununsesi.org

COMMENTS