Türkiyə Gülənin həbsi üçün ABŞ-a məxfi qovluq göndərib

  • By admin
  • 02 Avqust 2016 14:39

fetullah

 

Türkiyənin Ədliyyə Nazirliyi  ölkədəki çevriliş cəhdinin Fətullah Gülənin təşkilatçılığı ilə bağlılığını sübut edən və ətraflı məlumatların da  içində olduğu bir qovluğu ABŞ-a göndərib.

Gununsesi.info-nun Türkiyə KİV-nə istinadən xəbərinə görə, Ədliyyə Nazirliyi  ABŞ –dakı səlahiyətlilərdən bu qovluqdakı məlumatlar çərçivəsində Gülənin təhvil işlərinə qədər həbs olunması istənilib.

Məsələ ilə bağlı Amerika tərəfinin qısa müddətdə Türkiyəyə cavab verəcəyi gözlənilir.

 

Gununsesi.info