“Türkiyə hərbçiləri Suriyada ABŞ əsgərlərinə atəş açmayıb” - HULUSİ AKAR

  • By admin
  • 12 Oktyabr 2019 16:30

Türkiyənin Milli Müdafiə naziri Hulusi Akar Türkiyə Silahlı Qüvvələrinin Suriyanın Kobani şəhəri yaxınlığında amerikalı hərbçilərə atəş açmadığını deyib.

Gununsesi.org bu barədə Anadolu informasiya agentliyinə istinadla xəbər verir.

“ABŞ və ya beynəlxalq koalisiya əsgərlərinin atəşə tutulmasından söhbət gedə bilməz. Biz ABŞ tərəfi ilə koordinasiyalı fəaliyyət göstəririk”, – deyə Hulusi Akar bildirib.

Qeyd edək ki, bir qədər əvvəl Pentaqonun rəsmi nümayəndəsi oktyabrın 11-də yerli vaxtla təxminən saat 21:00-da Amerika hərbçilərinin Kobani rayonunda Türkiyə artilleriyasının atəşinə məruz qaldığı, lakin insident nəticəsində xəsarət alanların olmadığı barədə məlumat yaymışdı.

 

 

 

Gununsesi.org